kanal14.az
kanal14.az

Culfa rayonunda Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni bina inşa olunur

Culfa rayonunda Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni bina inşa olunur
14-09-2020, 12:50 41 dəfə baxılıb

Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni inzibati bina və texniki qarajların tikintisi davam etdirilir.

Kanal14.az AZƏRTAC-ın Naxçıvan bürosuna istinadən xəbər verir ki, inşasına 2019-cu ildən başlanılan binanın dam örtüyü vurulub, obyektdə son tamamlama işləri görülür. Elektrik və kommunikasiya xətləri çəkilib, pəncərələr salınıb, istilik sistemi quraşdırılıb. Hazırda binaya qaz xətti çəkilir, boya işləri görülür, çöl fasadın suvanması isə başa çatdırılıb.

Maşınların saxlanması üçün qarajda işlər davam etdirilir. Binanın həyəti də abadlaşdırılacaq. Voleybol, 100 metr məsafəyə qaçış üçün idman yeri hazırlanır. İnzibati binanın həyətyanı sahəsində 90 tonluq su hovuzunun tikintisi başa çatıb. İnşa edilən obyektdə təlim qülləsi, iş otaqları, arxiv və müşahidə zalı yerləşəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA