Gündəm

Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb

Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb.

Kanal14.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, şərti adı "B3” olan metro stansiyasında əsas tikinti işləri başa çatdırılıb və gələn ilin ortalarında tamamlama işləri aparılacaq:

"Bu stansiyadan sonra yeni olan "Bənövşəyi xətt” üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq. Ümumilikdə bu xətt 12 stansiya və 1 depodan ibarətdir. Sözügedən xətt üzrə 3 stansiyasının, demək olar ki, tikintisi başa çatdırılıb"./Trend