Gündəm / Cəmiyyət

Azərbaycanda qonşusunun "Toyota"sı ilə 7 maşını əzdi – Təfərrüat

Azərbaycanda qonşusunun Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində 7 maşını əzən "Toyota Land Cruiser" markalı maşını idarə edən sürücüyə həbs cəzası verilib.

Binəqədi rayon Polis idarəsindən verilən məlumata görə, araşdırma yekunlaşıb və iş məhkəməyə göndərilib. Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə zamanı sürücü Kazımov Sənan yaşar oğlu İnzibati Xətalar Məcəlləsinin 33.1 və 511.1-ci maddələri ilə təqsirli bilinərək barəsində bir ay müddətinə inzibai qaydada həbs seçilib. Onun sürücülük hüququ isə bir il müddətinə məhdudlaşdırılıb.

Hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin sözlərinə görə, avtomobili sərxoş halda idarə edərək digər avtomobilləri əzən S.Kazımov qəzanı qonşusunun maşınının açarlarını ona verməsindən sonra törədib. Belə ki, avtomobilin əsl sahibi Türkiyəyə getdiyi üçün sözügedən ərazidəz kirayə yaşayan qonşusuna maşının açarlarını verərək tapşırıb ki, akkumlyatorun sıradan çıxmaması üçün hərdən maşını işə salsın. Həmin qonşu isə bunu bacarmadığı üçün açarları qonşu Sənan Kazımova verərək maşını işə salmağını istəyib. Sərxoş vəziyyətdə olan S.Kazımov da bu hadisəni törədib.

Xatırladaq ki, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində sərxoş vəziyyətdə "Toyota Land Gruiser" markalı, 10 MV 984 dövlət nömrə nişanlı avomobili idarə edən sürücü həyətdə park halında olan 7 avtomobili əzib. (axar.az)