Gündəm

Dünya elmini silkələyən kəşf — Marsda göbələk tapıldı (VİDEO)

http://olke.az/uploads/1553836169/marsplanet.jpg
 
Hindistanda dərc edilən astro biologiya və kosmik elmlərə aid jurnalda maraqlı məqalə dərc edilib.

Məqalə alimlər və ufoloqlar arasında şok effekti yaradıb.

Məqalədə bildirilir ki, ABŞ-a məxsus "Kuriositi” kosmik aparatı Qırmızı planetin səthində sirli göbələk lentə alıb. Qeyri-adi xəbər dünyada böyük debatlara səbəb olub. 

Tədqiqatın müəllifi doktor Regina Dass və onun həmkarı olub. Tədqiqatçılar iddia edirlər ki, Marsın səthindəki şarabənzər obyekt əsl göbələyə oxşayır. Görəsən bu fakt Marsda canlı həyatın olmasını sübut edə bilərmi? Məşhur alimlər bu bəyanata şübhə ilə yanaşırlar.

NASA artıq məsələ ilə bağlı mövqeyini açıqlayıb. NASA rəsmilərinin fikrinə əsasən, söhbət gematit adlı dağ mineralından gedir. Alimlər bildirirlər ki, Marsın səthində hava yoxdur və bundan əlavə güclü kosmik radiasiya var. Bu səbəbdən Qırmızı planetdə göbələyin olması fikri şübhəlidir.

 

Doktor Dass isə bildirir ki, diametri bir neçə millimetr olan göbələk sporları sözügedən ərazidə bir neçə gün əvvəl peyda olub. "Kuriositi” aparatı ərazini 3 sutka əvvəl də lentə alıb. Amma orada heç bir şarabənzər göbələk olmayıb. Doğrudanmı minerallar belə qısa ümddət ərzində yaranıb?