Gündəm

Alimlər aclığın orqanizmə faydasını sübut etdilər

http://olke.az/uploads/1547709466/acliq.jpg
 
Kaliforniya universitetinin alimləri yeni tədqiqatın nəticəsini açıqlayıblar.

Araşdırmalara əsasən, normal aclıq metabolizmi dəyişir və sirkad ritmlərə təsir edir. Bu isə sağlamlığı gücləndirir, qocalıqla bağlı xəstəlik riskini azaldır. Tədqiqatın nəticələri "Cell Reports” jurnalında dərc edilib. Sirkad ritmlər orqanizmin "daxili saatı” adlanır və metabolizmdən tutmuş, hormon ifrazına qədər bir çox prosesi nizamlayır.

Təcrübə siçanlar üzərində aparılıb. Siçanlar sutka ərzində qida qəbul etməyiblər. Alimlər müəyyən ediblər ki, ac qalan siçanlar daha az oksigen tələb ediblər və daha az enerji israf ediblər. Bundan başqa siçanlarda nəfəsi buraxarkən çıxan karbon qazı ilə nəfəs alarkən qəbul edilən oksigen arasında fərq də azalıb. Siçanları yemlədikdən sonra bu effekt yoxa çıxıb.