Gündəm / Siyasət

Paşinyan Rusiyaya buna görə gedirmiş

Paşinyan Rusiyaya buna görə gedirmiş
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edəcək.

Kanal14.az 
Unikal.org-a istinadən  xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 7-də baş tutacaq səfər çərçivəsində Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

"Tərəflər Rusiya-Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə edəcəklər".

Bundan əlavə, görüşdə Rusiya sülhməramlılarının Ermənistan sərhədində yerləşdirilməsinin müzakirə olunacağı barədə məlumat verilib.