Azərbaycan millisinin oyununun tarixi dəyişdirildi
Kanal14.az: - Moldova və Azərbaycan milli komandaları arasında Kişinyov şəhərində iyunun 5-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun vaxtı dəyişdirilib.
Bu barədə AFFA xəbər verib.
Məlumata görə, yoldaşlıq oyunu Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əsasında 1 gün sonra – iyunun 6-da təşkil olunacaq.