İdman

Millimizin oyunlarının vaxtı açıqlandı

Millimizin oyunlarının vaxtı açıqlandı
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
Qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində təxirə salınan oyunlarının vaxtı bəlli olub.
 
 AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, Azərbaycan – İspaniya qarşılaşmasının fevralın 18-də, Azərbaycan – Moldova oyununun isə fevralın 23-də keçirilməsinə qərar verilib.
 
Qeyd edək ki, hər iki qarşılaşma sentyabrda keçirilməli idi, lakin koronavirusa görə təxirə salınmışdı.