Gündəm / Siyasət

Lyukimson İsraildəki seçkilərin nəticələrinin Azərbaycana təsirlərindən danışdı

Lyukimson İsraildəki seçkilərin nəticələrinin Azərbaycana təsirlərindən danışdı
İsrail-Azərbaycan münasibətlərinin gələcək inkişafı, şübhəsiz ki, seçkilərin nəticələrindən asılı olacaq.

Bunu israilli analitik və yazıçı Petr Lyukimson Caliber.Az-a İsraildə martın 23-də gözlənilən növbəti növbədənkənar seçkilərlə bağlı şərh verərkən bildirib.

Onun sözlərinə görə, Binyamin Netanyahunun rəhbərlik etdiyi sağ düşərgə hakimiyyətdə qalarsa Azərbaycanla əməkdaşlıq, o cümlədən silah tədarükü davam edəcək.

"Sol qalib gələrsə, Knessetdən böyük ehtimalla (uzun müddətdir israr edikləri) "erməni soyqırımı”nı tanımağı gözləmək olar”, - deyə analitik əlavə edib.

O, erməni icmasının fəallaşmasının seçki ilə əlaqəli olduğunu istisna etməyib.

"Ancaq erməni lobbisi davamlı olaraq bəzi təxribatlar təşkil edir. Məsələn, əvvəllər Xocalı faciəsi qurbanlarının anım gününü pozmaqla bağlı bir neçə cəhd olub”, - deyə Lyukomson xatırladıb.