Gündəm / Siyasət

Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb

Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Twitter" hesabında məlumat yayıb.

Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar fevralın 23-dən Azərbaycanda səfərdədir.