Gündəm / İqtisadiyyat

Təbii qaz əhaliyə və xaricə neçəyə satılır? – QİYMƏTLƏR

Təbii qaz əhaliyə və xaricə neçəyə satılır?
Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 1 milyard 120 milyon 220,67 min kubmetr təbii qaz satılıb və bu həcmdə təbii qazın dəyəri 100 milyon 26,39 min dollara bərabər olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricə satılan təbii qazın 1 kubmetrinin qiyməti 8,9 sent və ya mövcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 15,2 qəpik təşkil edib.
Məlumat üçün onu da qeyd edək ki, hazırda 1 kubmetr təbii qazın daxili bazardakı qiyməti aylıq istehlak 2200 kubmetrədək olduğu zaman 10 qəpik (5,9 sent), 2200 kubmetrədən artıq olduqda isə 20 qəpiyə (12 sent) bərabərdir. / Dia.az