Gündəm / Sosial

Bakının bəzi yollarında sürət həddi endirildi - FOTO

Bakının bəzi yollarında sürət həddi endirildi - FOTOQarlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yollarda sürət həddi endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Belə ki, təhlükəsizlik məqsədilə Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh yolunun Əmircan döngəsindən Bakı Olimpiya Stadionunadək olan hissəsində sürət həddi 40 km/saat, qalan hissələrində, eləcə də Zığ - Hava limanı yolunda isə 20 km/saat həddində endirilib.

Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənib.
Bakının bəzi yollarında sürət həddi endirildi - FOTOBakının bəzi yollarında sürət həddi endirildi - FOTOBakının bəzi yollarında sürət həddi endirildi - FOTOBakının bəzi yollarında sürət həddi endirildi - FOTOBakının bəzi yollarında sürət həddi endirildi - FOTOBakının bəzi yollarında sürət həddi endirildi - FOTOBakının bəzi yollarında sürət həddi endirildi - FOTOBakının bəzi yollarında sürət həddi endirildi - FOTO