Dünya

Türkiyə “Aralıq dənizi fırtınası”na başlayır

Türkiyə və Şimali Kipr birgə hərbi təlim keçirəcək.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyə Silahlı Qüvvələri və Şimali Kipr Təhlükəsizlik Qüvvələri Komandanlığı birgə "Şəhid kaptan Çingiz Topel - Aralıq dənizi fırtınası” adlı hərbi təlimlərə başlayır. Təlimlər 6-10 sentyabr tarixlərində baş tutacaq”, - məlumatda bildirilib.