Sosial

Bakıda yetişən xurmada Aralıq dənizi milçəyi tapıldı

Bakıda yetişən xurmada Aralıq dənizi milçəyi tapıldı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən mütəmadi olaraq monitorinqlər davam etdirilir.

Agentlikdən verilən məlumata görə, monitorinqlər çərçivəsində Bakı şəhəri ətrafında yerləşən kəndlərdə karantin zərərli orqanizmlər sirayətlənməsi şübhə doğuran xurma məhsulundan müayinə üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan müayinələr nəticəsində nümunələr götürülmüş xurma məhsulunda Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wedemann)) aşkar olunub. Bu zərərli orqanizm xüsusilə müxtəlif fəsilələrdən olan meyvə ağaclarına zərər vurur. Həmçinin meyvələrin çürüməsinə səbəb olan göbələklərin yayılmasına şərait yaradır.

Bununla bağlı olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinə profilaktik tədbirlərin görülməsi üçün müraciət olunub.

Qeyd edək ki, Aralıq dənizi meyvə milçəyi Azərbaycan ərazisi üçün karantin tətbiq edilən zərərli orqanizm olmaqla, Türkiyə, Rusiya, Albaniya, Əlcəzair, Xorvatiya, Kipr, Misir, Fransa, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Malta, Mərakeş, Portuqaliya və s. kimi ölkələrdə yayılıb.