Dünya

Belarusda saxlanılan iki min etirazçı azad edildi

Belarusda keçirilən etiraz aksiyalarında tutulan iki mindən çox adam artıq evlərinə buraxılıb.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Artıq iki mindən çox vətəndaş evlərinə buraxılıb. Bu proses gedir və hazırda da davam edir. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni edirik", – deyə açıqlamada bildirilib.