kanal14.az
kanal14.az

İrəvanda panika: cəbhədə dəhşətdir - 70 ölü, 300 yaralı... - Foto

İrəvanda panika: cəbhədə dəhşətdir - 70 ölü, 300 yaralı... - Foto
13-07-2020, 12:25 300 dəfə baxılıb

Ermənistanın Tovuz təxribatına Azərbaycan Ordusunun layiqli cavab verməsi və düşmənin itkiləri haqda məlumat yaymaması erməni sosial şəbəkə istifadəçiləri və mediasının narahatlığını artırıb. Sosial şəbəkələrin erməni seqmentində isə ölkədə ciddi panikanın yaşandığı aydın sezilir.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, ermənilər ölü dolu yük maşınlarının paytaxt İrəvana doğru getdiyini yazırlar.

Erməni sosial şəbəkə istifadəçisi Diana Aratyunyanın yazdığına əsasən, hazırda cəbhədə dəhşət baş verir.

"Qardaşım oradadır, mənə zəng edib bildirdi ki, ölü və yaralı sayımız hədsiz çoxdur. Hospitallar dolub artıq. 70 ölü, 300 yaralı olduğu bildirilir, amma bu da yalandır, ona görə ki, qardaşım gözləri ilə 3 hərbi yük avtomobilinin cəsədlə dolu getdiyini görüb. Ölü sayımız 200-dən çox olmalıdır. Biz bilmirik nə edək. Qardaşımla da əlaqəni itirmişik. Hökumət isə susur", - deyə Aratyunan yazır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA