Hadisə

Qazax istiqamətində erməni əsgər yaralanıb

Qazax istiqamətində erməni əsgər yaralanıb 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində müqaviləli hərbçisi yaralanıb.

"Kanal14.az” Ermənistan mediasına istinadən xəbər verir ki, yaralı dünən sağ çiynindən qəlpə yarası ilə Noemberyan tibb mərkəzinə yerləşdirilib. Erməni səgərin vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, dünən saat 22:00-da Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Ermənistanın Müdafiə Nazirliyi isə məlumatı təsdiq etməyib.