Dünya

Paşinyan Tonoyanı da çıxarır: Hərbi çevriliş qorxusu

Nikol Paşinyan hər şeydən çox ordudan qorxur.

Kanal14.az bildirir ki, bu məlumatı "Qraparak” qəzeti yayıb.

"Öz yaxın çevrəsində Paşinyan hərbi çevriliş həyata keçirilə biləcəyi şübhəsini dilə gətirib. Bu, David Tonoyanın son günlərdəki aktivliyi ilə bağlıdır”, – deyə xəbərdə bildirilib.

İddiaya görə, Tonoyan buna görə vəzifədən çıxarılacaq və onu Paşinyanın müşaviri Arşak Karapetyan əvəz edəcək.

Qeyd edək ki, az öncə Ermənistanın güc strukturlarının rəhbərləri, o cümlədən Baş Qərargah rəisi istefaya getmişdi.

(Axar.az)