Dünya / Səhiyyə

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlandı

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlandı

Rusiyada son sutka ərzində 197 nəfər koronavirusun qurbanı olub. Kanal14.az  "RİA Novosti”yə istinadən bildirir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 725-ə yüksəlib.

Onlardan 58-i Moskvada, 55-i Sankt-Peterburqda, 18-i isə Moskva vilayətində vəfat edib.

Koronavirusa yoluxanların ümumi sayı 458 689-dir. 231 576 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Bundan əlavə, 221 388 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb.