Dünya

Rusiyada 24 saatda 11 231 yeni yoluxma aşkarlandı

Rusiyada son sutka ərzində daha 11 231 nəfərdə koronavirus aşkarlanıb və bununla ölkədə yoluxma sayı 177 160-a çatıb.

 yerli KİV-ə istinadən bildiririk ki, son 24 saatda 2476 nəfər olmaqla, indiyədək 23 803 xəstə koronavirusdan sağalıb.

Onu da qeyd edək ki, göstərilən meddət ərzində daha 88 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının ümumi sayı 1625-ə yüksəlib.(Virtualaz.org)