Dünya

Suriyada türk-rus ortaq patrulu fəaliyyətə başlayır

Türkiyə və Rusiya hərbi qüvvələrinin Suriyanın İdlib şəhərində birgə patrul fəaliyyətinə hazırlıq sabahdan etibarən başlayacaq.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 5 mart tarixində Türkiyə və Rusiya prezidentləri arasında əldə olunan razılıq çərçivəsində Rusiyanın hərbi heyəti ilə sabah toplantı keçiriləcək. Patrul fəaliyyəti isə 15 martdan etibarən başlayacaq. (publika.az)