Dünya

Türkiyədə sabiq millət vəkili vəfat etdi

Türkiyədə sabiq millət vəkili vəfat etdi

 

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyasından (HDP) olan sabiq millət vəkili Dengir Mir Mehmet Fırat 76 yaşında dünyasını dəyişib.

DogruXeber.az-ın "Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Fırat təxminən 6 həftədir Bayındır Xəstəxanasında ağciyər xərçənginə görə müalicə olunurmuş.
O, bu gün dəfn olunacaq.