Dünya

Türkiyədə koronavirus vaksini pulsuz vurulacaq

Türkiyədə koronavirus vaksini pulsuz vurulacaq
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Sabahdan Türkiyəyə koronavirusa qarşı vaksin gətirilir.

Kanal14.az bildirir ki, Türkiyə Çində istehsal olunan "Sinovac” peyvəndindən sifariş edib. Türkiyənin səhiyyə naziri Fahrettin Kocan bildirib ki, Türkiyə "Sinovac” vaksinindən 50 milyon doza sifariş verib. Vaksin Türkiyədə könüllülük əsasında, pulsuz vurulacaq.

Artıq İndoneziyada "Sinovac” peyvəndinin klinik sınağının üçüncü mərhələsi müvəffəqiyyətlə nəticələnib. İndoneziyanın dövlət dərman qurumu "Bio Farma”nın açıqlamasına görə, bu peyvənd COVID-19 infeksiyası ilə mübarizədə 97 faizlik uğurlu nəticə göstərib. İndoneziyada "Sinovac” peyvəndinin klinik sınağı 1600 nəfər üzərində aparılıb.

(Yenisabah.az)