Səhiyyə

Çinin koronavirus vaksini sınaqdan keçdi: 97% insan sağaldı

Çinin koronavirus vaksini sınaqdan keçdi: 97% insan sağaldı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Koronavirusa qarşı "Sinovac” vaksininin sınaqları üzrə aralıq məlumatlarına əsasən, Çin preparatı 97 faiz effektivlik göstərib.

Kanal14.az bildirir ki, bu barədə İndoneziyanın dövlətə məxsus "Bio Farma” əczaçılıq kompaniyası məlumat yayıb. "Bir ay boyunca klinik sınaqlar aparan qrupumuz "Sinovac” vaksininin 97 faizə qədər effektivlik göstərdiyini qeydə alıb”, - deyə kompaniyanın nümayəndəsi İvan Setiavan bildirib.

Kompaniya yerli tənzimləyicinin yanvarın sonunadək "Sinovac” vaksininin fövqəladə vəziyyətlərdə istifadəsinə icazə verəcəyini gözləyir.

("Reuters" agentli)