Dünya

Paşinyan və hökumətinə qarşı ŞOK BƏYANAT İMZALANDI

Paşinyan və hökumətinə qarşı ŞOK BƏYANAT İMZALANDI
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər.

Kanal14.az Publika.az-a istinadən xəbər verir ki, bir neçə səfir və xüsusi nümayəndə bu barədə bəyanat imzalayıb.

Diplomatlar qeyd ediblər ki, hakimiyyətin yürütdüyü "uzaqgörən” xarici siyasət ölkəni ciddi problemlərlə üz-üzə qoyub.

Onların fikrincə, Rusiya ilə müttəfiqlik münasibətlərinə lazımi diqqət verilməyib və İran, Çin, Gürcüstan ilə tərəfdaşlıqlar, habelə ABŞ, Avropa və digər sahələrlə çoxşaxəli münasibətlər fəal şəkildə inkişaf etdirilməyib. Bütün bu amillər birləşərək 9 noyabr tarixində məğlubiyyət sənədinin imzalanmasına səbəb olub.

Eyni zamanda, keçmiş səfirlər və xüsusi elçilər imzalanan sənəddə xüsusilə Dağlıq Qarabağın vəziyyəti, ərazilər, rabitənin blokadası, əsir və girov götürülənlər, ölənlərin cəsədlərinin mübadiləsi, habelə məcburi köçkünlərin və qaçqınların qaytarılması ilə bağlı bir çox sualın cavabasız buraxıldığını qeyd edib.

Bəyanatda deyilir: "Erməni diplomatiyasının əsgər və zabitlərin qəhrəmanlığına layiq olduğunu ardıcıl fəaliyyətimizlə sübut etmək üçün tarixi bir şansımız var. Lakin bu, yalnız uğursuz baş nazir və hökumətin istefası halında mümkün olacaq. Diplomatlara görə, xarici siyasətini milli və dövlət maraqlarını anlamaqla məyyənləşdirən, xalqın etimadından istifadə edən qanuni bir hökumət qurmaq lazımdır. Məğlubiyyətçi, alçaldıcı siyasətin gələcəyi yoxdur”.