Dünya / Səhiyyə

Ermənistanda yoluxanların sayı 120 mini ötdü

Ermənistanda yoluxanların sayı 120 mini ötdü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ermənistanda son sutka ərzində daha 1589 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 120 min 459 nəfərə çatıb. Onlardan 80 min 69-u sağalıb. Ölkədə 38 min 82 aktiv koronavirus xəstəsi var.

 

Son 24 saat ərzində daha 28 nəfərin vəfatı ilə virusdan ölənlərin sayı 1 839-a çatıb.

Qeyd edək ki, Ermənistanda pandemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Mənbə: Sputnik Ermənistan