Cəmiyyət

İki həftə çölə çıxmaq QADAĞAN OLUNACAQ?

İki həftə çölə çıxmaq QADAĞAN OLUNACAQ?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Azərbaycanda son 2 iki ayda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, gündəlik yoluxanların sayı 4000-ni, ölənlərin sayı isə 40-ı keçib. Artıq bir çox qonşu ölkələr eləcə də qardaş Türkiyə karantin rejimində müəyyən sərtləşmələrə gedilməsi ilə bağlı qərarlar qəbul olunub. Azərbaycanda da insanların iki həftə çölə çıxmasına qadağa qoyulması ilə bağlı təkliflər var. Belə ki, Azərbaycanda iki həftə insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Kanal14.az bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, əlbəttə ola bilər:

"Karantin rejimi sərtləşdirilməlidir. Amma söhbət tək karantin rejiminin sərləşdirilməsindən getmir.Türkiyədə müalicə istiqamətində daha çox aydınlaşdırıcı məlumatlar verilir. Bizdə də bunu tətbiq etmək lazımdır. Çünki insanların çoxu evdə müalicə olunur. Evdə hansı ilkin addımlar atılması ilə bağlı məlumatlar verilməlidir. Ən ucqar yerdə yaşayan insanlarımız bu məlumatı rahatlıqla ala bilməlidir. İndiki vəziyyətdə görünən odur ki, maarifləndirmə məsələsində problem var. Düşünürəm ki, sərtləşməyə gedilə bilər. Çünki yoluxanların sayının artmasında avtobuslardakı sıxlığın və digər məsələlərin də təsiri var. Belə ki, iş oldu-olmadı hamı küçələrdədir. Məncə buna görə də sərtləşməyə gedilə bilər".