Cəmiyyət

Bu il Oğuzda 491 ton fındıq istehsal olunub

Bu il Oğuzda 491 ton fındıq istehsal olunub
 
 
 
 

 
 
 
 
 
 
 
 

Builki mövsümdə Oğuz rayonunda fındıq bağlarından 491 ton məhsul tədarük olunub.

Kanal14.az bildirir ki,bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Oğuz rayonunda da davamlı iş aparılır. Belə ki, rayon ərazisində 2 min hektarda yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 3 min 695,5 hektara çatdırılıb.