Şou

Paylaşımlarını şərhsiz qoyanlar - Fotolar

Paylaşımlarını şərhsiz qoyanlar - Fotolar
İnstaqramda ən çox izlənilən, müzakirə edilən və tənqid hədəfinə qalan paylaşımlar hər zaman məşhur simalarla bağlı olur. Bəziləri tənqidlərin qarşısını almaq üçün şərh bölümünü bağlayır, bəzisi isə ona fikir vermir.

Kanal14.az Axşam.az-a istinadən İnstaqram paylaşımında şərhi bağlayan tanınmış simaların siyahısını təqdim edir:

Xalq artisti Röya Ayxan paylaşımına 2,2 milyon izləyicisinə şərh yazmağı qadağan edib. Belə ki, müğənniyə yalnız onun izlədiyi dostları rəy yaza bilərlər.

 

Müğənni Gülay Zeynallı bütün paylaşımında şərh bölümünü bağlı edir. Baxmayaraq ki, sənətçi İnstaqram səhifəsini bağlı saxlayır, yalnız xanımları və tanıdığı kişi sənət dostlarını qəbul edir...

 

Müğənni Manaf Ağayev də son vaxtlar paylaşdığı fotolarında şərhləri bağlı saxlayır. Buna səbəb isə sənətçinin yeni fotosessiyasıdır. Belə ki, şəkillərinin çox fotoşop edilməsi izləyicilərin nəzərindən qaçmayıb. Onlar Ağayevin ünvanına tənqidlər yazıb, ona fotoşopu yaraşdırmayıblar.

Müğənni Xatirə İslam isə bütün paylaşımlarında olmasa da, bəzilərində şərh bölümünü bağlı saxlayır. Buna səbəb isə sənətçinin yayımladığı görüntüyə çox tənqid yazılmasıdır.

Keçmiş müğənni, "Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva da İnstaqramın aktiv istifadəçilərindəndir. O, bütün paylaşımlarında şərh bölümünü bağlı saxlayır.

Müğənni Aysel Əlizadə də bütün paylaşımlarında olmasa da, bəzilərində şərhləri bağlamağı çıxış yolu bilir.

Aktrisa Pərvin Abıyeva özünü tənqidlərdən qorumağa çalışır. Bu zaman isə o, çıxış yolunu şərhləri bağlamaqda görür.