Şou

"Uşağın çılpaq fotolarını çəkməyin" - Ali Sunalın azərbaycanlı arvadı

Türkiyəli aktyor Ali Sunalla ailəli olan azərbaycanlı vəkil Nazlı Sunal paparassilərin qızının fotosunu çəkməsinə əsəbiləşib.

Kanal14.az Axşam.az-a istinadən xəbər verir ki, o, media nümayəndələrindən yayımladıqları şəkilləri silmələrini xahiş edib:

 

"Bu səhər qəzetlərdə qızımız Narinlə evimizin çimərliyində dənizə girərkən çəkilən fotolarımızı gördük. Balaca bir uşağın çılpaq şəkillərini qəzetdə görmək xoşumuza gəlmədi".