Şou

Üç dəfə toyunu təxirə salan baş nazir ailə qurdu

Bir ildə üç dəfə toyunu təxirə salan Danimarkanın Baş naziri Mette Frederiksen ailə qurub.

Kanal14.az Teleqraf.com-a istinadən xəbər verir ki, Mette Frederiksen kənd toyu ilə uzun müddət nişanlı olduğu Bo Tengberg ilə nikaha girib.

Yerli medianın məlumatına görə, kiçik və səmimi şəraitdə keçən toyda 90-a yaxın adam, o cümlədən keçmiş baş nazir Poul Nyrup Rasmussen də iştirak edib.

Kilsənin çıxışında çəkilən bir fotoşəkili "Instagram” hesabından paylaşan Frederiksen "Bəli” şərhinin yanına bir də ürək smayliki qoyub