Şou / Dünya

Lopezin 12 yaşlı qızı kitab yazdı

Lopezin 12 yaşlı qızı kitab yazdı

Müğənni Cennifer Lopezin Mark Entoni ilə nikahından dünyaya gələn qızı Emme kitab çıxarıb.

Kanal14.az "Qafqazinfo”-a istinadən xəbər verir ki, o, 12 yaşda olmasına baxmayaraq, yazar olmaq niyyətindədir. "Lord help me” (Kömək et, Tanrım)  adlı kitabda Emmenin duaları qeyd olunub.

 

CeyLo instaqramda qızının kitabının ilk tanıtımını edib. "Emme ilə qürur duyuram. Onun ilk kitabında öz duaları yer alıb. Bu kitab ailələrə inancın hüzur verəcəyini vəd edəcək, güclü olmaq üçün bir yol təqdim edəcək”,- deyə Lopez instaqram səhifəsində bildirib.