Şou

“Dörd il təhsil alıb, amma başı boşdur” – Eldardan qalmaqallı sözlər

“Dörd il təhsil alıb, amma başı boşdur” – Eldardan qalmaqallı sözlər
 
 
 
 
 
 
 
 
 
 


 
 

"Eurovision” müsabiqəsinin qalibi Eldar Qasımov maraqlı açıqlamaları ilə gündəmə gəlib. 

Kanal14.az xəbər verir ki, "3 unitalk” Youtube layihəsinin qonağı olan ifaçı bu gün sənətin pula satıldığını bildirib: "Əksər hallarda incəsənət pula satılır. Məsələ toya getməklə bağlı deyil, mən də toylara gedirəm. İncəsənət pul deyil, o beyin, ürəklə bağlıdır. Amerika ukduzları da kooperativlərdən daha çox qazanırlar nəinki konsertlərdən”. 

E.Qasımov aparıcılıq etməsi barədə də açıqlama verib. O, aparıcılığı ilə peşəkar jurnalistlərin haqqına girdiyini düşünmədiyini deyib: "Kiminsə haqqına girdiyimi düşünmürəm, elə adamlar var ki, dörd il təhsil alıblar, amma başı boşlardır. AzTV telekanalı kifayət qədər yeni simalarla çalışır, tez-tez kastinqlər keçirir. Bilirsiniz indi dünya kommersiya üzərində qurulub, daha çox tanınmış simalarla işləyirlər”. / Yenisabah.az