Sosial

Bakı metrosunda gediş haqqı 50 qəpik olur? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda gediş haqqı 50 qəpik olur? – RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi iqtisadçı Qubad İbadoğlu "Facebook” səhifəsində Azərbaycanda ictimai nəqliyyatda bahalaşma gözlənildiyi ilə bağlı fikirlər səsləndirib. O, gediş haqqının 50 qəpik olacağı ilə bağlı iddia irəli sürüb. Bu qiymət artımı metroda da olacaqmı?

Mumtv.az xəbər verir ki,bununla bağlı KONKRET.az-ın sualını cavablandıran "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metro mayın 9-da açılmamışdan qabaq belə bir status var idi:

"Mən belə bir statusun paylaşılmasının məntiqini də baş düşmədim. Çünki o vaxtdan bu yana bir dəfə də olsun qiymətlə bağlı müzakirəmiz olmayıb. Gün ərzində bizim 3-4 dəfə iclasımız olur, amma bir dəfə də olsa qiymətlə bağlı məsələ müzakirə edilməyib. Hər halda günorta baş tutacaq iclasda bununla bağlı sualımı rəhbərliyə verəcəm. Bu, əsassız məsələdir. Metroda gediş haqqının  qaldırılması məsələsi tərəfimizdən müzakirə olunmayıb”.