Siyasət

Ceyhun Bayramov Lavrovla Qarabağ münaqişəsini müzakirə etdi

Ceyhun Bayramov Lavrovla Qarabağ münaqişəsini müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Kanal14.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvada keçən görüşdə tərəflər Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini, həmçinin, regional və beynəlxalq gündəmi müzakirə edirb 

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bu, Ceyhun Bayramovun XİN rəhbəri kimi Rusiyaya ilk səfəridir.