Siyasət

“Bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalıdır” — Prezident

http://olke.az/uploads/1553766992/prezidenticlas.jpg
 "İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir”

Bunu Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar bu gün keçirdiyi müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. 

"Dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək". 

 

Prezident, həmçinin vurğulayıb ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir.