Siyasət

“Paşinyan artıq siyasi meyitdir“ - Politoloq

“Paşinyan artıq siyasi meyitdir“ - Politoloq
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Hazırda Ermənistanda müxalifətin birgə mitinqi keçirilir. Artıq siyasi həbslər başlayıb. Belə ki, müxalif "Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, o cümlədən  hüquq müdafiəçisi Ruben Melikyan saxlanılıb. Kütlə Nikol Paşinyanın istefasını tələb edir. Hətta əleyhdarlar arasında Paşinyanın edam olunmasını istəyənlər də var.

 

Maraqlıdır, dünəndan start götürən aksiyalar nə ilə nəticələnəcək? Ermənilər Paşinyan hökumətini istefaya göndərə biləəcklərmi?

Kanal14.az məlumat verir ki,məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən politoloq Fikrət Sadıxov bildirib ki, artıq Ermənistanda güclü hakimiyyət yoxdur. Paşinyan və onun ətrafında olan siyasi rejimin nümayəndələri uduzublar:

"Həqiqət budur ki, sözügedən qüvvələr məğlubiyyətlə qarşılaşıblar. Azərbaycan qələbə çalıb və müxalifətin fikrincə, bu, Paşinyanın günahlarından ən böyüyüdür. Düşünürəm ki, bunların ona qarşı çıxış etməsinin tam əsası var, məntiqə uyğundur. Çünki Paşinyan artıq ölü bir fiqura oxşayır. Onun nəyisə idarə etmək qabiliyyəti yoxdur. Reallıq odur ki, artıq bir sıra siyasi qüvvələr ona qarşı birləşiblər, hazırda onların nümayəndələri çıxış edir. Mən konkret bunun nə vaxt baş verəcəyini-dəqiq tarixini deyə bilmərəm, amma görünən odur ki, Paşinyandan istefasını tələb edirlər. Parlament spikerinin  döyülməsi bunun parlaq göstəricisidir”.