Səhiyyə

Koronaviruslu şəxslər xəstəxanalara QƏBUL EDİLMƏYƏ BİLƏR

Koronaviruslu şəxslər xəstəxanalara QƏBUL EDİLMƏYƏ BİLƏR
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Xəbər verdiyimiz kimi, Azərbaycanda 3 dekabr tarixində koronavirusa 4189 yeni yoluxma, 40 ölüm faktı qeydə alınıb. Rəqəmlərin daha da yüksələcəyi təqdirdə, Səhiyyə sistemimizin bunu qarşılamağa gücü varmı?

Bununla bağlı Sonxeber.az-a deputat Müşfiq Məmmədli
danışıb:

 

"Nəzərinizə çatdırıram ki, hazırkı yoluxma rəqəmləri Səhiyyə sistemində kifayət qədər yük yaradacaq. Yəni, yoluxma rəqəmləri Səhiyyə sisteminin yüklənməsini şərtləndirən rəqəmlərdir. Çünki hazırda xəstəxana çarpayılarında sıxlıq və bəzən də xəstələrin yerləşdirilməsilə bağlı problemlər meydana çıxması müşahidə olunur. Rəqəmlər, bu artım tempi ilə davam edərsə, yəni yoluxma 5000-ə qalxarsa, stasionar xidmətdə belə xəstələrə tibbi yardım göstərilməsində problemlər yarana, hətta bu xidmətin fiziki cəhətdən göstərilməsinin mümkünsüzlüyü müşahidə oluna bilər.

Rəqəmlərin sayının artması ağır xəstələrin keyfiyyətli tibbi yardımdan kənarda qalmasına, yüngül xəstələrin isə müvafiq tibbi yardımı ala bilməsində problem yaradıb ağırlaşmasına gətirib çıxara bilər. Biz belə hallar ilə qarşı-qarşıya qala bilərik.

Qeyd edim ki, karantin qaydaların daha sərt şəkildə tətbiqi gündəmə gələ bilər".