İdman

"Yuventus" rekordunu yenilədi

"Yuventus" rekordunu yeniləyib.

Kanal14.az bildirir ki, Apasport.az saytının məlumatına görə, Turin klubu İtaliya kubokunda finala vəsiqə qazanmaqla buna nail olub.

Yarımfinal mərhələsində "Milan"ı üstələyən (1:1, 0:0) "qoca sinyora" 19-cu dəfə həlledici qarşılaşmada iştirak etmək hüququ əldə edib. Bununla komanda 2017-ci ildə ələ keçirdiyi özünəməxsus rekordu yeniləyib. İtaliya kubokunda "Roma" 17, "Milan" isə 14 dəfə finalda oynamaq imkanı yaxalayıb.