İdman

"Milan"ın futbolçusuna silahlı hücum olub

"Milan"ın futbolçusu Samuel Katillexo xoşagəlməz hadisə ilə üzləşib.

Kanal14.az bildirir ki, Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Milanda silahlı hücuma məruz qalıb.

25 yaşlı oyunçu instaqram səhifəsi vasitəsilə ona hücum olunduğunu söyləyib: "İki oğlan məni qarət etdi. Üzümə silah çəkdilər. İndi hər şey yaxşıdır".

Qeyd edək ki, Samuel Katillexo 2018-ci ildən "Milan"da çıxış edir.