İdman

“Barselona”dan Madridin futbolçusuna rekord təklif

http://olke.az/uploads/1550952699/saul.jpg
 
İspaniyanın "Barselona” klubu "Atletiko Madrid”də çıxış edən Saul Niqes üçün 96 milyon avro ödəməyə hazırdır.

Bu barədə "Mirror” nəşriyyatı məlumat yayıb.

Xəbərə əsasən, katalonlar yay transfer pəncərəsi dövründə qarşı tərəfə təklif göndərməyə hazırlaşır. Əgər transfer baş tutarsa, Saul ən bahalı İspan futbolçu olacaq.

 

Qeyd edək ki, 24 yaşlı Saulun "Atletiko” ilə 2026-cı ilə qədər müqaviləsi var.