İdman

Azərbaycan əsilli peşəkar boksçu Rusiya çempionu olub — FOTO

http://olke.az/uploads/1549141605/ertyujhytgrfthjk.jpg
 
 
Azərbaycan əsilli idmançı Elnur Səmədov yüngül çəkidə peşəkarlar arasında boks üzrə Rusiya çempionu olub.

"Kanal14.az" report-a istinadən bildirir ki, bu barədə Rusiya mediası məlumat verir.

Ümumrusiya boks forumu çərçivəsində təkbətək döyüş Anapada keçib.

25 yaşlı Səmədov 10 raundluq təkbətək döyüşdə Visxan Murzabəyova qalib gəlib və prezident Kuboku üzrə seçmə yarışının yarımfinalına çıxıb. Prezident Kuboku üzrə seçmə yarışda Səmədov daha bir rusiyalı Ayk Şahnazaryanla görüşəcək. Döyüş bu ilin aprelində keçiriləcək.

 

Səmədovun aktivində 8 qələbə (1 nokautla) və bir məğlubiyyət var. Qeyd edək ki, Elnur Səmədov Astara rayonunun Şahağacı kəndində anadan olub.

V.Murzabəyov isə 18 qələbəyə (12 nokautla) imza atıb və 4 dəfə məğlub olub.