İdman

"Neftçi"nin futbolçusu: "Belə vəziyyətdə oynamaq çox çətindir"

"Neftçi"nin futbolçusu: "Belə vəziyyətdə oynamaq çox çətindir"
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

"Çempionatla bağlı qərarı futbolçular vermir. Bizim işimiz meydana çıxıb futbol oynamaqdır. Amma əlbəttə, belə vəziyyətdə oynamaq çox çətindir".

Kanal14.az məlumat verir ki,bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının koronavirusa rəğmən keçirilməsinə münasibət bildirərkən deyib.

25 yaşlı hücumçu bildirib ki, eyni çətinliyi bütün klublar yaşayır: "Pandemiya dövründə hamının, o cümlədən, məşqçilər və futbolçuların işi ikiqat artır. Məşqçilər oyunçuları həftəiçi hazırlaşdırır, sonra isə bəzi testlər müsbət olur və futbolçu meydana çıxa bilmir. Hazırda çox ağır dönəmdir, amma əlimizdən gələn bir şey yoxdur. Bu, pandemiya dövründə normal haldır".

Bir müddət öncə koronavirusdan sağalan forvard xəstəliyi simptomsuz keçirdiyini sözlərinə əlavə edib: "2-3 gün temperaturum qalxmışdı. Günlər keçdikcə isə bütün simptomları hiss edirdim. Xəstəliyi çətin keçirdiyimi deyə bilmərəm. Lakin daha sonra məşqlərə başlayanda çətinlik yaşadım. Çünki bu xəstəlik adamı çox formadan salır".