İdman

“Qarabağ”ın Türkiyəyə səfər proqramı açıqlanıb

“Qarabağ”ın Türkiyəyə səfər proqramı açıqlanıb
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

 
 
 

Avropa Liqasının qrup mərhələsində "Sivasspor”la qarşılaşacaq "Qarabağ”ın Türkiyəyə səfər proqramı müəyyənləşib.

Kanal14.az bildirir ki, Ağdam təmsilçisi matçın baş tutacağı İstanbula noyabrın 25-də gedəcək.

Qurban Qurbanovun kollektivini qardaş ölkəyə aparacaq təyyarənin saat 12:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından hərəkət etməsi gözlənilir. Azərbaycan çempionunun həmin gün qarşılaşmanın oynanılacağı "Başakşəhər Fatih Terim” stadionunda son məşqi olacaq.

Qeyd edək ki, noyabrın 26-da keçiriləcək "Qarabağ” – "Sivasspor” görüşü Bakı vaxtı ilə 21:55-də start götürəcək.

(Apa.az)