Hadisə

Qıza təcavüz edən saxta şeyxə 42 illik həbs cəzası istənildi

Qıza təcavüz edən saxta şeyxə 42 illik həbs cəzası istənildi- VİDEO

12 yaşındakı bir qıza təcavüz etdiyinə görə saxta şeyxə 42 illik həbs cəzası istənilib.

Kanal14.az Sonxeber.az-a istinadən xəbər verir ki, özünü "Uşşaki Təriqətinin lideri Fatih Nurullah" olaraq tanıdan, 12 yaşlı təriqət tərəfdaşının qızına cinsi təcavüzdə ittiham olunan Eyüp Fatih Şağban həbs edilib.

Təcavüzə görə həbs olunan şeyx Fatih Nurullah haqqında istintaq işi tamamlanıb.
Sakarya Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə "uşağa zəncirvari cinsi təcavüz etmə" və "cinsi məqsədlə uşağını azadlıqdan məhrum etmə" maddələri ilə Şağbana qarşı ümumilikdə 42 il həbs cəzası istənilib.

4 səhifəlik ittiham aktına səs yazıları, şahid ifadələri və zərərçəkmiş uşağın ifadələri də daxil edilib.