Hadisə

Qadın 12 000 manatlıq oğurluq etdi - Bakıda

Qadın 12 000 manatlıq oğurluq etdi - Bakıda

Binəqədi rayonu ərazisində oğurluq hadisəsi baş verib.

 

Kanal14.az Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən BiG.AZ-a verilən məlumata əsasən bildirir ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki evlərin birindən 12 000 manat dəyərində elektrik məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədova saxlanılıb.