Hadisə

Gədəbəydə avtomobili aşıran sürücü öldü

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal14.az xəbər verir ki, hadisə rayonun Qaradağ kəndi ərazisində qeydə alınıb.

Rayon sakini M.Həsənov idarə etdiyi "VAZ-21061” markalı avtomobili dərəyə aşırıb və nəticədə hadisə yerində ölüb.

(Teleqraf.com)