Hadisə

Azərbaycanda qadın evdən pul oğurladı

Masallıda evdən oğurluq olub.

Kanal14.az Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata əsasən bildirir ki, rayon ərazisindəki evlərin birindən 600 manat pul oğurlanıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Musaküçə kənd sakini T.Hüseynova saxlanılıb.