Hadisə

Su kanalında boğulan 6 yaşlı qızın meyiti tapıldı

Su kanalında boğulan 6 yaşlı qızın meyiti tapıldı

Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 2014-cü il təvəllüdlü Muradova Mülayim Dövlət qızının axtarışları başa çatıb.

Kanal14.az Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata əsasən bildirir ki, M.Muradovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su kanalından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.