Hadisə

Bakının mərkəzində gənc oğlan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub.

Kanal14.az Lent.az -ın məlumatına əsasən bildirir ki, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verib.

Bakı şəhər sakini, 27 yaşlı Ə. Vəliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 24 yaşlı Fərid Fətəliyev saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.